×
A
A
A
Sazlamalar

Mərahim Fərzəlibəyov: Mənə elə gəlir ki, hər bir sənətkara verilən mükafat onu yeni zəfərlərə hazırlayır

Bakı, 13 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycan teatrında 50 illik zəhmətimə qiymət verildi. Mən dövlət tərəfindən “Şöhrət” ordeni ilə təltif olundum.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Muzey Mərkəzində incəsənət xadimlərinə orden, medal və fəxri adların təltifetmə mərasimində Mərahim Fərzəlibəyov deyib.
“Bu mənim uzun illər teatrdakı zəhmətimə verilən qiymətdir. Buna görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Çünki onlar teatrın inkişafında gördüyüm işlərə görə əməyimi yüksək qiymətləndiriblər. Mənə elə gəlir ki, hər bir sənətkara verilən mükafat onu yeni zəfərlərə hazırlayır. Bundan sonra çalışacağam elə əsərlər hazırlayım ki, tamaşaçılarımızın sevimlisi kimi hər zaman yad edilim, çünki bu ad mənə çox şeyi deyir”, -deyə M.Fərzəlibəyov bildirib.

 

Mədəniyyət 2019-09-13 17:11:00