×
A
A
A
Sazlamalar

Azərbaycan təmsilçiləri 7-ci arena polo üzrə dünya kubokuna qələbə ilə başlayıblar

Bakı, 13 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun birinci oyununda “Elite Horse & Polo Club Baku” və İsveçrənin “Evviva Polo Club” komandaları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, görüşün favoriti sayılan Azərbaycan poloçuları inamlı qələbə qazanıblar - 11:3. Komandamızın heyətində Elçin Camallı (6), Tərlan Qurbanəliyev (3) və Rəşad Həsənov (2) fərqləniblər. Rəqib komandanın hər üç qolunu Fabio Mayer vurub.
Günün ikinci oyununda “Los Nocheros Polo Club” (Almaniya) və “Planernaya Polo Club” (Rusiya) komandaları qarşılaşacaqlar.

İdman 2019-09-13 16:32:00