×
A
A
A
Sazlamalar

Macarıstan hökuməti evsizlərə qarşı yeni tədbirlər görür

Budapeşt, 13 sentyabr, AZƏRTAC

Macarıstanın İnsan Resursları Nazirliyinin işləyib hazırladığı və bu yaxınlarda təsdiqlənməsi üçün təqdim etməyə hazırlaşdığı yeni təşəbbüs layihəsində hökumətin evsizlərə qarşı yeni tədbirləri nəzərdə tutulur.
AZƏRTAC Macarıstanın İnsan Resursları Nazirliyinin mətbuat üçün məlumatına istinadla xəbər verir ki, yeni layihəyə müvafiq olaraq, ölkə paytaxtının yeraltı keçidlərini gecələr möhkəm məhəccərlə bağlamaq təklif olunur. Bu addım orada gecələyən evsiz-eşiksiz insanları həmin obyektləri tərk etməyə və onlar üçün ayrılmış ümumi yataqxanalara yollamaqdan ötrü atılır.
Ötən il oktyabrın 15-də dərc olunan qanuna görə evsiz-eşiksizlərin paytaxt küçələrində gecələməsi qadağan edilir.
Yalnız o maraq doğurur ki, yeraltı keçidlərin bağlanacağı təqdirdə, enli küçəni necə keçmək mümkün olacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Cəmiyyət 2019-09-13 16:49:00