×
A
A
A
Sazlamalar

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası olub

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, iclasda Yeni Azərbaycan Partiyasının bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib. Həmçinin YAP İcra Katibliyinin cari ilin iyun, iyul və avqust aylarında gördüyü işlərlə bağlı hesabatı dinlənilib.
Qeyd olunub ki, bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilib və işlər təsdiq olunmuş tədbirlər planına uyğun olaraq aparılır. Cəmiyyətdə yüksək nüfuzu və zəngin təcrübəsi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanacağına əminlik ifadə olunub.
İclasda YAP İcra Katibliyinin ötən 3 ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilib və bu tədbirlərin nəinki partiyanın, eləcə də ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyəti qeyd olunub.
İclasda, bir sıra cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Daxili siyasət 2019-09-13 15:56:00