×
A
A
A
Sazlamalar

Firudin Ələkbərlinin qətli ilə bağlı istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AZƏRTAC-a açıqlamasında deyib.
E.Sultanov bildirib ki, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sosial 2019-09-13 15:50:00