Cenevrədə keçiriləcək Qaçqınlar üzrə Qlobal Forumla əlaqədar Azərbaycanın öhdəlikləri müzakirə olunub
Bakı, 13 sentyabr, AZƏRTAC
Dekabrın 17-18-də Cenevrədə keçiriləcək Qaçqınlar üzrə Qlobal Forumla əlaqədar Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycanın öhdəliklərinin və tövsiyələrinin müzakirəsinə dair tədbir keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqsəd BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təkliflərini nəzərdən keçirmək, mümkün könüllü öhdəlikləri müəyyənləşdirmək və ölkəmizin vahid mövqeyini formalaşdırmaqdır.
Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Qaçqınlar üzrə Qlobal Forumun əhəmiyyətini diqqətə çatdırıb. O, ölkəmizdə sığınacaq sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun təkmilləşdirilməsi, eləcə də beynəlxalq himayə altında olan şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri iştirak ediblər.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb