×
A
A
A
Sazlamalar

“BirKart”la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar

Ölkədə təhsil sahəsinin inkişafına və bir sıra iri layihələrin keçirilməsinə dəstək olan “Kapital Bank” növbəti yeniliyini müştərilərə təqdim edib. Yeni aksiyadan övladı, özü və ya yaxını Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan “BirKart” taksit kart sahibləri yararlana bilər.

Şərtlərə görə, oktyabrın 10-dək UNEC-də ödənişli əsasla təhsil alan tələbələr illik təhsil haqqını 12 aylıq taksitlə (bərabər hissələrlə) ödəyə bilərlər. Ödənilən məbləğə heç bir komissiya və ya əlavə faiz hesablanmır. Bunun üçün illik ödəniş haqqını universitetdə olan “Kapital Bank” POS-terminalı vasitəsilə “BirKart”la ödəmək lazımdır.
Ödəniş zamanı “BirKart” “CashBack” kartına məbləğin 1,5 faizi geri qayıdacaq, “BirKart Miles” kartı üçün isə hər 1 manat 1 mil olaraq hesablanacaq. Məlumat üçün bildirək ki, yaxın zamanlarda digər ali məktəb və kolleclərlə də analoji aksiyalar təşkil olunacaq.
Qeyd edək ki, “BirKart”ın 3 növü var – taksit, “taksit/cashback” və “taksit/miles”. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək “Cashback” imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

İqtisadiyyat 2019-09-13 15:35:00