×
A
A
A
Sazlamalar

Sərnişindaşımada təhlükəsizliyin təmin olunmasına dair tədbirlər davam etdirilir

Bakı, 13 sentyabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 5-ci taqımının əməkdaşları sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Zaqatala şəhər avtovağzalında sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılar və sürücülərlə görüş keçiriblər.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, görüşdə istər şəhərlərarası, istərsə də şəhərdaxili sərnişindaşıma ilə məşğul olan sürücülərə riayət etməli olduqları yol hərəkəti qaydaları, iş və istirahət rejimi, həmçinin qanunvericiliyin digər tələbləri barədə məlumat verilib. Bütün bu qaydaların sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmaları və bədbəxt hadisələrin baş verməməsi üçün nəzərdə tutulduğu diqqətə çatdırılıb. Yol hərəkəti qaydalarının pozulması, xüsusilə sürət həddinin aşılması nəticəsində baş verə biləcək xoşagəlməz, bədbəxt hadisələrin mümkünlüyü sürücülərə ətraflı şəkildə, faktlar sadalanmaqla izah edilib.
Görüşdə sürücülərin suallar ətraflı cavablandırılıb.

 

Sosial 2019-09-13 15:23:00