×
A
A
A
Sazlamalar

ADU-nun kafedra müdiri beynəlxalq qurultayda ölkəmizi təmsil edib

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Ülfət İbrahim Yunanıstanın Afina şəhərində keçirilmiş Avropa ölkələri fransız dili müəllimlərinin 3-cü qurultayına ölkəmizi təmsil edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Ülfət İbrahimin elmi məruzəsi qurultay iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin açılışında Yunanıstanın Təhsil Nazirliyinin baş katibi, Afina Universitetinin əməkdaşları, Fransa, İsveçrə, Kanada, Belçika, eləcə də digər ölkələrin Afinada akkreditə olmuş səfirləri nitq söyləyiblər.
Qurultayda müzakirə olunan əsas mövzular arasında fransız dilinin yayılması, fransız dilinin rəqəmsal texnologiyalarla tədrisi, tərcüməçilik və fransız dilli müəllimlərinin assosiasiyalarına gənc üzvlərin cəlb edilməsi məsələləri ön plana çəkilib.
Qurultayda 100-ə yaxın universitet müəllimi öz elmi məruzələri ilə çıxış edib. Qurultay çərçivəsində fransız dilinin tədrisinin təkmilləşdirilməsi məqsədilə müəllimlər üçün müxtəlif tədris dərnəkləri təşkil olunub.
Tədbirin sonunda fərqlənən məruzəçilərə sertifikatlar təqdim olunub.

Elm və təhsil 2019-09-13 15:04:00