×
A
A
A
Sazlamalar

Pirallahıda baş verən avtoqəzada yaralanan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakının Pirallahı qəsəbəsinin girişində yük maşını ilə minik avtomobili toqquşub. Yol qəzası nəticəsində 1 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəzada yaralanan 3 nəfər Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən müayinə olunub. Onlardan birinin vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Səhiyyə 2019-09-13 14:25:00