×
A
A
A
Sazlamalar

Gömrük Komitəsi bu il dövlət büdcəsinə əlavə 500 milyon manat köçürəcək


Bakı, 13 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi (DGK) cari ildə dövlət büdcəsinə əlavə 500 milyon manat vəsait köçürəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, ötən il 1 milyard manatdan çox əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu il isə 500 milyon manat əlavə vəsaitin köçürülməsi nəzərdə tutulur. Ötən ilə nisbətən 1,3 milyard manat çox vəsait köçürülməli idisə, bu rəqəm 1,8 milyard manat olacaq.

İqtisadiyyat 2019-09-13 13:23:00