×
A
A
A
Sazlamalar

Məktəblilərin yollarda təhlükəsizliyi diqqət mərkəzindədir VİDEO

Xaçmaz, 13 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Yeni dərs ilinin başlaması ilə əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi işlərini həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təhlükəsizlik tədbirləri rayon ərazisindəki təhsil müəssisələrinin qarşısında, eləcə də məktəblilərin hərəkət marşrutlarında görülüb.
Həyata keçirilən tədbirlər çərçivəsində bölmə əməkdaşları tərəfindən Xaçmaz rayon ərazisində olan köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənib, 50-dən artıq piyada keçidi rənglənib. Həmçinin bir neçə məktəbin qarşısında yeni zolaqlar salınıb.
“Diqqət uşaqlar!” adı altında keçirilən tədbirlərin əsas məqsədi rayon ərazisində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunmasıdır. Bununla yanaşı, məktəblərdə şagirdlərlə maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Regionlar 2019-09-13 13:19:00

Video