×
A
A
A
Sazlamalar

Soydaşımız Ukrayna Baş Prokurorluğunun Baş İnspeksiyasının rəhbəri təyin edilib

Kiyev, 13 sentyabr, AZƏRTAC

Ukraynada yaşayan soydaşımız İlkin Nurullayev bu ölkə Baş Prokurorluğunun Baş İnspeksiyasının rəhbəri vəzifəsinə təyin edilib.
AZƏRTAC xəbər verir ki, İ.Nurullayev bundan əvvəl Xarkov Vilayət Prokurorluğunda çalışıb. Soydaşımız hüquq sahəsində bir neçə kitabın müəllifi kimi də tanınır.
Bir müddət əvvəl Ukraynanın Baş prokuroru təyin edilən Ruslan Ryaboşapki prokurorluq sisteminə yeni kadrların cəlb olunmasına diqqət yetirir.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Sosial 2019-09-13 13:10:00