×
A
A
A
Sazlamalar

Xırdalanın bir hissəsinə təbii qazın verilişində fasilə yaranıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Yeni çəkilmiş diametri 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün saat 10:20-dən etibarən Abşeron rayonu, Xırdalan şəhərinin bir hissəsinə təbii qazın verilişində fasilə yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-09-13 12:43:00