×
A
A
A
Sazlamalar

Neftçalada bu günədək bağlardan 802 tondan çox meyvə yığılıb

Neftçala, 13 sentyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 591,7 hektar çoxillik meyvə bağlarından 1849 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün bütün texniki tədbirləri vaxtında və nümunəvi şəkildə həyata keçiriblər. Bunun nəticəsində də bağlarda məhsul çox olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, xeyli vaxtdır neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımını aparırlar. Bağbanlar 8 ayda ağaclardan 802,9 ton meyvə yığıblar. Tədarük olunan meyvənin 119,3 tonu alma, 57,8 tonu armud, 59 tonu ərik, 11 tonu albalı, 27,1 tonu şaftalı, 229 tonu gavalı, 166,5 tonu alça, 26,3 tonu gilas, 91,1 tonunu isə digər meyvələrdir.
Rayonda meyvə yığımı davam edir.

 

Kənd təsərrüfatı 2019-09-13 12:36:00