×
A
A
A
Sazlamalar

ABŞ neftin qiymətinə dair proqnozunu açıqlayıb

Bakı, 13 sentyabr, AZƏRTAC

ABŞ neftin qiyməti üzrə proqnozunu açıqlayıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, EIA bu ilin dördüncü rübündə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 60 dollar, 2020-ci ildə isə 62 dollar/barrel olacağını nəzərdə tutur.
Administrasiya gələn il “Light” markalı xam neftin qiymətinin isə 56,5 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır.

Neft - qaz 2019-09-13 12:21:00