×
A
A
A
Sazlamalar

Yol polisi yeni dərs ilinin başlaması ilə əlaqədar Mingəçevirdə qabaqlayıcı tədbirlər keçirib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Yeni dərs ilinin başlaması ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları rayon ərazisində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 8 istiqamətdə köhnə piyada keçidi nişanları müasir işıqlandırma imkanlarına malik günəş panelli nişanlarla əvəzlənib, 35-dən artıq piyada keçidi rənglənib.
Nəqliyyatın sıx olduğu təhsil müəssisələrinin yaxınlığında isə yeni zolaqlar salınıb.

Sosial 2019-09-13 11:45:00