×
A
A
A
Sazlamalar

Siyəzənin bir hissəsinə təbii qaz verilişində fasilə yaranıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, eləcə də təmir işlərinin aparılması ilə əlaqədar bu gün saat 09:10-dan Siyəzən rayonunun bir hissəsinə təbii qaz verilişində fasilə yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-09-13 11:12:00