×
A
A
A
Sazlamalar

Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə binanın üçüncü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağında ev əşyaları qismən və 1 plastik pəncərə çərçivəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-13 10:23:00