×
A
A
A
Sazlamalar

Biologiya fənni üzrə bazar günü məktəbinə gedənlərin nəzərinə

Bakı, 13 sentyabr, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında biologiya fənni üzrə bazar günü məktəbində keçiriləcək məşğələlərin vaxtı açıqlanıb.
AZƏRTAC MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, biologiya fənni üzrə bazar günü məktəbi sentyabrın 28-29-da, oktyabrın 5-6-da və 12-13-də saat 14:00-da keçiriləcək.
Növbəti məşğələlər haqqında əlavə məlumat veriləcək.
Məşğələlər Hüseyn Cavid prospekti, 133 ünvanında keçiriləcək. Məşğələlər pulsuzdur. Bazar günü məktəbinə yazılmaq üçün əlaqə nömrəsi: +99412 598 93 32.

Elm və təhsil 2019-09-13 08:01:00