×
A
A
A
Sazlamalar

Xalq artisti Dinara Əliyevanın iştirakı ilə Parisdə “Madam Batterflay” operası nümayiş etdiriləcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-dən noyabrın 14-dək Parisdə Bastiliya Operasında C.Puççininin “Madam Batterflay” operası nümayiş etdiriləcək.
AZƏRTAC Paris Milli Opera idarəsinin saytına istinadla xəbər verir ki, oktyabrın 12, 26 və 29-da, noyabrın 1, 6 və 9-da səhnə əsərində Çio-Çio-sanın partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Böyük Teatrın solistidir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransada və Çexiyada “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

Teatr və kino 2019-09-13 05:26:00