Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ADA Universitetində hər bir tələbəyə fərdi yanaşılır

Bakı, 12 sentyabr, AZƏRTAC 

Mən fəxr edirəm ki, ADA Universitetində təhsil alıram! ADA Universiteti bir çoxlarımız kimi məni də yüksək dəyərlər və hədəflər üzərində qurulmuş öyrənmə mühitinə malik təhsil müəssisəsi olmağı ilə cəlb etdi. Burada dərslər beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı müəllimlər tərəfindən tədris olunur.
Bu fikri AZƏRTAC-a müsahibəsində ADA Universitetində hüquqşünaslıq ixtisasında təhsil alan II kurs tələbəsi Pənah Əliyev söyləyib. O vurğulayıb ki, ADA Universitetində hər bir tələbəyə fərdi yanaşılır. Onların mükəmməl təhsil almaları üçün hər cür şərait yaradılıb.
“Ümid edirəm ki, ADA Universitetində aldığım hüquq təhsili ilə arzuladığım sahənin mütəxəssisi olacağam”, - deyə Pənah Əliyev qeyd edib.

Elm və təhsil 2019-09-12 19:50:00