×
A
A
A
Sazlamalar

Balakən rayonu ərazisində bir tona yaxın çətənə kolu məhv edilib

Bakı, 12 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş çəkisi 750 kiloqram olan 980 ədəd çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları məhv edilərək dövriyyədən çıxarılıb.

Hadisə 2019-09-12 19:09:00