Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İspaniyanın Valensiya şəhəri 2022-ci ildə dünyanın dizayn paytaxtı olacaq

Madrid, 12 sentyabr, AZƏRTAC

İspaniyanın Valensiya şəhəri 2022-ci ilin dünya dizayn paytaxtı adı uğrunda müsabiqənin finalında Hindistanın Banqalor şəhərini geridə qoyaraq qalib adını qazanıb.
AZƏRTAC xəbər verir ki, 2022-ci ildə Valensiyada keçiriləcək çoxsaylı tədbirləri – konqres, sərgi, seminarları təxminən 10 min nəfər ziyarət edəcək.
Təşkil olunacaq bütün tədbirlər mövzular üzrə bölüşdürüləcək: dizayn və təbiət, Aralıq dənizi bölgəsi dizaynı, dizayn və gender bərabərliyi, dizaynın tarixi, sənaye dizaynı, dizayn və iqlim dəyişməsi.
2022-ci ildə Valensiyanın otellərini də gücləndirilmiş iş rejimi gözləyir.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2019-09-12 19:00:00