Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dünyanın 194 ölkəsində axtarışda olan cinayətkar saxlanılaraq Türkiyəyə gətirilib

İstanbul, 12 sentyabr, AZƏRTAC 

Dünyanın 194 ölkəsində Beynəlxalq Polis Təşkilatı - İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan şəxs saxlanılaraq Türkiyəyə gətirilib.
AZƏRTAC xəbər verir ki, 2009-cu ildə Türkiyənin Yozqat şəhərində meşəlik ərazidə azyaşlını döyərək cinsi istismar etməkdə təqsirləndirilən şəxs Fransada saxlanılıb. Cinayətkar Türkiyənin hüquq-mühafizə orqanlarına təhvil verilib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-09-12 18:38:00