Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gəncə şəhəri Cənubi Koreyada keçirilmiş beynəlxalq forumda təmsil olunub

Gəncə, 12 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Koreya Respublikasının paytaxtı Seulda Asiya İnkişaf Bankı və “CityNet” şirkətinin birgə təşkilatçılığı ilə “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının əhatə etdiyi şəhərlərin aşağı karbonlu inkişafı” mövzusunda ikinci Beynəlxalq forum keçirilib. Forumda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev də iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumda sistemli aşağı karbon dönüşü üçün ətraf mühitin inkişafı və problemlərin həlli mövzusunda müzakirələr aparılıb. Müzakirələr zamanı bildirilib ki, nəqliyyat sektorunda havanın təmiz saxlanılması üçün aşağı karbonlu prioritetlərə kapital qoyuluşları müəyyən edilməli, iqlimə təsirin yumşaldılması üzrə tədbirlər görülməli, o cümlədən aşağı karbon inkişafı sahəsində olan təcrübə mübadiləsini həyata keçirərək yaşıl, rəqabətqabiliyyətli, dayanıqlı şəhərlər yaradılmalıdır.
“CityNet” şirkətinin baş katibi Vijay Jagannathan çıxış edərək, aşağı karbonlu şəhər inkişafının iqlim dəyişikliyi gündəliyində aktuallığından və Asiya İnkişaf Bankının inkişaf edən üzv ölkələrə aid qlobal aşağı karbon siyasətindəki son yeniliklərdən danışıb.
Həmçinin forumda ən yaxşı beynəlxalq təcrübələr paylaşılıb.

Regionlar 2019-09-12 18:07:00