Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şirvan polisindən nümunəvi addım

Bakı, 12 sentyabr, AZƏRTAC 

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid və aztəminatlı ailələrə diqqət və qayğı daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Daxili işlər orqanlarının əməkdaşları da onlara kömək göstərmək kimi nəcib təşəbbüsə həvəslə qoşulurlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yeni tədris ili ərəfəsində Şirvan Şəhər Polis Şöbəsində övladları birinci sinfə gedəcək şəhid və aztəminatlı ailələrin üzvləri ilə görüş keçirilib.
Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev dövlətimizin bu qəbildən olan ailələrə göstərdiyi diqqət və qayğını vurğulayaraq, 2001-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis edilməsindən, dövlətimizin şəhid ailələrinə daim hörmət və ehtiramla yanaşmasından, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün görülən işlərdən danışıb.
H.Quliyev qarşıdan gələn 15 sentyabr - Bilik Günü münasibətilə məktəbə gedəcək şəhid və aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edib və onlara yaxşı təhsil almağı, sağlam, idmanla məşğul olmağı, yaxşı mütəxəssis, layiqli vətəndaş kimi böyüməyi arzulayıb.

Sosial 2019-09-12 18:25:00