×
A
A
A
Sazlamalar

Sabunçu və Suraxanı rayonlarında evlərdən oğurluq edən şəxslər tutulublar

Bakı, 12 sentyabr, AZƏRTAC 

Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da rayondakı evlərin birindən 900 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş M.Bayramovun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 23-də rayondakı evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları, habelə evin qarşısındakı “BMW” markalı avtomobildən 700 manat pul oğurlaması da müəyyənləşdirilib.
Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev yaxalanıb.
Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-12 18:28:00