×
A
A
A
Sazlamalar

Masallıda aztəminatlı ailələrin uşaqlarına məktəbli geyimləri, qiymətli hədiyyələr və ərzaq sovqatı verilib

Masallı, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Yeni dərs ili ərəfəsində Masallıda ənənəvi humanitar aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 12-də Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ənənəvi humanitar aksiyada rayonun aztəminatlı ailələrinin uşaqlarına məktəbli geyimləri, qiymətli hədiyyələr və ərzaq sovqatı verilib.
Aksiya çərçivəsində 500-ə qədər məktəblinin ehtiyacı ödənilib.
Bu münasibətlə rayon icra hakimiyyətində keçirilən tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, yeni dərs ili hər şagirdin həyatında əlamətdar hadisədir. Hər bir uşaq yaxşı oxumalı, Vətənə layiqli övlad kimi böyüməlidir. Bu gün onlara kömək olunursa, sabah bu xeyirxahlığı onlar digərləri üçün edəcəklər.
Görüşdə çıxış edən aztəminatlı ailələrin valideynləri - Çaxırlı kənd sakini Gülnaz Xəlilova, Hişkədərə kənd sakini Aysel Məmmədova və başqaları yeni dərs ili ərəfəsində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-09-12 18:14:00