×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının ümumi həcmi 15 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 364 gündür. İstiqrazlar 2020-ci il sentyabrın 15-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Maliyyə 2019-09-12 18:12:00