×
A
A
A
Sazlamalar

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları çapdan çıxıb

Bakı, 12 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “İmadəddin Nəsimi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda keçirilmiş XVII ənənəvi respublika elmi konfransının materialları toplu halında nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, topludakı məqalələr “Nəsimişünaslıq müasir mərhələdə” və “Sələflər və xələflər” bölmələri üzrə təsnif edilib.
Konfransın materialları AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin redaktəsi ilə nəşr olunub.
Toplunu nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

Elm və təhsil 2019-09-12 18:09:00