×
A
A
A
Sazlamalar

Azərbaycanın U-15 komandasının Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı təşkil olunub

Bakı, 12 sentyabr, AZƏRTAC

On beş yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının sentyabrın Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir.
AZƏRTAC xəbər verir ki, toplanışda Tamerlan Məmmədov, Hacıəli Şirəliyev, Təhmasib Həmidli (hamısı "Səbail"), Məmməd Muradov, Murad Musayev, Sənan Kərimov, Ravil Qafarov, Okan Təhməzli, Eşqin Əhmədov, Şahin Şahniyarov, Sənan Ağalarov (hamısı "Qəbələ"), Nihad Abbasov, İbrahim Ağayarov, Cavid Məmmədli (hamısı "Qarabağ"), Emil Həbibov, Firuddin Qasımov, Fəhri Məmədli, Səbuhi Qurbanov (hamısı "Sabah"), Ömər Qurbanov, İbrahim Yusifov, Rüfət Abassov, İsmayıl Ismayılov (hamısı "Neftçi"), Sənan Hüseynov, İbrahim Nağıyev, Kənan Cavadlı (hamısı "Sumqayıt"), Emin Hüseyinzadə ("Binə"), Vüqar Əlizadə ("Ağsu") və Tuncay Yusifli ("Turan Tovuz") iştirak edirlər.
Hazırlıq prosesinə sentyabrın 15-də yekun vurulacaq.

İdman 2019-09-12 17:50:00