×
A
A
A
Sazlamalar

Məcburi köçkünlər üçün salınmış mənzildən oğurluq edən şəxs saxlanılıb

Bakı, 12 sentyabr, AZƏRTAC 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən Xocavənd Rayon Polis Şöbəsinə məcburi köçkünlər üçün salınmış qəsəbədəki mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar müvafiq tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib. Həmin mənzildən 350 manat dəyərində +su qızdırıcısının oğurlandığı müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Razin Cəfərov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Oğurlanmış su qızdırıcısı maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-12 17:44:00