Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan XİN Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”ə münasibət bildirib

Bakı, 12 sentyabr, AZƏRTAC 

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”lə bağlı şərhində yer alıb. “Buna görə də Azərbaycan Respublikası Ukrayna hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır”, - deyə XİN rəsmisi qeyd edib.

Siyasət 2019-09-12 17:57:00