×
A
A
A
Sazlamalar

Prezident təqaüdçüsü Nəzrin Məmmədova: İnsan çalışmaqla arzularını gerçəkləşdirə bilər

Bakı, 12 sentyabr, AZƏRTAC

Arzum Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmaq idi. Bu il istəyimə nail oldum. Buna görə çox sevinirəm. Düşünürəm ki, insan, həqiqətən də, çalışmaqla öz arzularını gerçəkləşdirə bilər.
Bu fikirləri Bakı Dövlət Universitetinin I kurs tələbəsi, Prezident təqaüdçüsü Nəzrin Məmmədova AZƏRTAC-a müsahibəsində deyib. O, 2018-2019-cu tədris ilində akademik Zərifə Əliyeva adına Liseyi qızıl medalla bitirib. O, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 675,10 bal toplayıb. BDU-nun hüquqşünaslıq fakültəsində təhsil alacaq.
Qızıl medala və Prezident təqaüdünə layiq görüldüyünü fərəh hissləri ilə qeyd edən Nəzrin Məmmədova ölkəmizdə gənclərə göstərilən diqqətə görə Prezidentimizə minnətdar olduğunu vurğulayıb.
N.Məmmədova təhsilimizin ilbəil inkişaf etdiyini, bu sahədə ürəkaçan nailiyyətlər əldə olunduğunu söyləyib.

Elm və təhsil 2019-09-12 17:20:00