×
A
A
A
Sazlamalar

Lənkəran rayonunun bir hissəsinin təbii qaz təchizatı dayandırılıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Aşkar edilmiş qaz sızmalarının ləğvi və təmir işləri ilə əlaqədar bu gün günorta saatlarından Lənkəran rayonunun bir hissəsinin (o cümlədən Dərquba, Lüvəsər, Bəlləvur, Şağlaküçə, Kərgəlan, Narbağı, Qrumba kəndləri) qaz təchizatı dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-09-12 17:17:00