×
A
A
A
Sazlamalar

Keçən ay OPEC ölkələrində neft hasilatı ən çox Nigeriya, Səudiyyə Ərəbistanı və İraqda artıb

Bakı, 12 sentyabr, AZƏRTAC
Avqustda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 50 min barrel artaraq sutkada 29 milyon 740 min barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 5 milyon 540 min barrel təşkil edib. Bununla da, avqustda OPEC üzrə ümumi istehsal sutkada 35 milyon 280 min barrel olub.
Hesabat ayında OPEC üzrə neft istehsalının artımı ən çox Nigeriya, Səudiyyə Ərəbistanı və İraqda qeydə alınıb. Nigeriyanın hasilatı 40 min barrel artımla sutkada 1 milyon 840 min barrel olmaqla son 3 ilin maksimumuna çatıb. Kartelin ən böyük neft hasilatçısı Səudiyyə Ərəbistanında istehsal 100 min barrel çoxalaraq gündəlik 9 milyon 750 min barrel olub. İraqın hasilatı isə 30 min barrel artaraq sutkada 4 milyon 810 min barrel təşkil edib.

Neft - qaz 2019-09-12 17:11:00