×
A
A
A
Sazlamalar

Şamaxıda “Avro-2020” Könüllülük proqramı çərçivəsində yay düşərgəsi davam edir

Bakı, 12 sentyabr, AZƏRTAC

Şamaxıdakı Olimpiya Mərkəzində AFFA-nın təşkilatçılığı ilə “Avro-2020” Könüllülük proqramı çərçivəsində yay düşərgəsi davam edir.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, düşərgəyə “UEFA Avropa Liqası Final 2019”da çalışmış, milli və klubların oyunlarında iştirak etmiş və “Avro-2020” Könüllülük proqramında qeydiyyatdan keçmiş 200 könüllü qatılıb.
Düşərgə ərzində könüllülər üçün “Avro 2020” haqqında məlumatlar, müxtəlif şöbələr tərəfindən təlimlər təşkil olunur, eyni zamanda, xüsusi qonaqlarla görüş, şirkətlər tərəfindən seminarlar keçiriləcək. Bundan əlavə, düşərgə iştirakçıları 10 komanda tərkibində futbol və intellektual yarışlarda iştirak edəcəklər. Sonda düşərgənin qalib komandasına kubok təqdim olunacaq. Düşərgə sentyabrın 13-də yekunlaşaq.

İdman 2019-09-12 17:04:00