×
A
A
A
Sazlamalar

Kürdəmirdə “Milli-mənəvi dəyərlərimiz, tariximiz, kimliyimiz” mövzusunda maarifləndirici tədbir keçirilib

Kürdəmir, 12 sentyabr, AZƏRTAC

Kürdəmirdə rayon icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə sentyabrın 12-də “Milli-mənəvi dəyərlərimiz, tariximiz, kimliyimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxış edərək, müstəqillik dövründə qədim tariximizi və mədəniyyətimizi daha dərindən tədqiq etmək, öyrənmək və dünyaya tanıtmaq üçün geniş imkanlar qazanıldığını bildirib. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında qeyd edib ki, günümüzdə milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərdən təcrid vəziyyətdə təsəvvür etmək çətindir. Ona görə də mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə ciddi fikir verilməlidir.
Tədbirdə Qarasu kənd məscidi dini icmasının sədri Babakişi Nurməmmədov, rayon gənclər və idman idarəsinin rəis müavini Qalib Baxşiyev gənclərimizin milli-mənəvi dəyərlərimizə, tariximizə və milli kimliyimizə bağlılıq ruhunda tərbiyəsinin vacibliyindən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2019-09-12 16:56:00