×
A
A
A
Sazlamalar

Gələn il qlobal neft tələbatı sutkada 101,6 milyon barrel olacaq

Bakı, 12 sentyabr, AZƏRTAC
2020-ci ildə qlobal neft tələbatının gündəlik 101,6 milyon barrelə yüksələcəyi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, gələn il qlobal neft tələbatı 1 milyon 300 min barrel artaraq sutkalıq orta hesabla 101 milyon 600 min barrel təşkil edəcək.
IEA-ya görə, neftə olan gündəlik tələbatda 36 milyon 700 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 300 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.

 

Neft - qaz 2019-09-12 16:44:00