×
A
A
A
Sazlamalar

Şamaxıda vətəndaşların gənclər və idman məsələləri ilə bağlı müraciətləri dinləniləcək

Bakı, 12 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov sentyabrın 13-də Şamaxı rayonunda vətəndaşları qəbul edəcək.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, qəbulda Şamaxı və Qobustan rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında (Şamaxı şəhəri, Şəhriyar küçəsi 21, rayon icra hakimiyyətinin yaxınlığında) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Şamaxı (050 391-57-88) və Qobustan (050 884-11-88) rayon gənclər və idman idarəsi ilə əlaqə saxlamalıdırlar.

Sosial 2019-09-12 16:40:00