×
A
A
A
Sazlamalar

Göyçay şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı, 12 sentyabr, AZƏRTAC 

Göyçay şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın ikinci və beşinci mərtəbələri boyunca eyvanlar və əşyalar 39 kvadratmetr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-12 15:18:00