Gədəbəy və Samuxda gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, növbəti satış xidməti sentyabrın 13-də Gədəbəyin Saratovka kəndində, 14-də isə Samux rayonunun Poylu kəndində həyata keçiriləcək.
Səyyar satış zamanı tələb olunan sənədlər təqdim edilməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə almaq mümkündür.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün 1652 Çağrı Mərkəzi və (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət edə bilərlər.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb