Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kabildə terror aktı nəticəsində 4 əsgər həlak olub

Bakı, 12 sentyabr, AZƏRTAC 

Əfqanıstanın paytaxtı Kabildə Xüsusi Təyinatlı Qüvvələrin bazası yaxınlığında içərisində bomba olan yük avtomobilinin partladılması nəticəsində 4 əsgərin həlak olduğu bildirilir.
AZƏRTAC TOLO News agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında partlayış nəticəsində daha 3 əsgərin də ağır yaralandığı qeyd olunub. Bu terror aktından əvvəl isə həmin ərazidə ordu qüvvələri ilə “Taliban” silahlıları arasında atışmaların baş verdiyi xəbər verilib.
“Taliban” hərəkatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Dünya 2019-09-12 14:15:00