Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları təşkil olunub

Bakı, 12 sentyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzində “2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən sentyabrın 9-dan 11-dək sanitar manqa komandirləri kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Hərbiləşdirilməmiş mülki müdafə dəstələrinin komandir rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında keçirilən kurslarda idarə, müəssisə və təşkilatlarda yaradılmış manqaların sanitar manqa komandirləri iştirak edib. Kurslarda müəssisədə baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib. Həmçinin xilasetmə alət və avadanlığından istifadə qaydası əyani şəkildə izah edilib.
Sonda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Sosial 2019-09-12 13:49:00