×
A
A
A
Sazlamalar

Özbəkistan portalında “19-cu əsrdə Şuşada necə geyiniblər” sərlövhəli məqalə dərc olunub

Daşkənd, 12 sentyabr, АZƏRTAC

Özbəkistanın nargis.uz portalında rus dilində “19-cu əsrdə Şuşada necə geyiniblər” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ümumən Qarabağda və Şuşada geyinilən üst qadın və kişi libasları haqqında söhbət açılır, bu paltarların oxşar və fərqli cəhətləri təhlil edilir.
Yazıda deyilir ki, Azərbaycan milli geyimləri xalqın tarixi, mədəniyyəti və mənəviyyatı ilə sıx bağlıdır. Belə ki, Azərbaycanın milli paltarlarında xalq yaradıcılığının etnoqrafik, bədii xüsusiyyətləri öz əksini tapıb.
Məqalədə vurğulanır ki, vaxtilə Bakıda Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan milli paltarları” adlı fotoalbom buraxılıb. Bu nəşrdə Azərbaycanın tarixi-etnoqrafik zonaları, o cümlədən Şuşada istifadə olunan qadın və kişi geyimlərinin özünəməxsusluğu və elementləri haqqında da söhbət açılır.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2019-09-12 13:48:00