×
A
A
A
Sazlamalar

Quba məktəbliləri üçün yay düşərgəsi təşkil olunub

Bakı, 12 sentyabr, AZƏRTAC

Quba şəhər Azad Məmmədov adına 2 nömrəli məktəb-lisey tərəfindən reallaşdırılan layihə çərçivəsində 40 nəfər VIII-XI sinif şagirdlərinin iştirakı ilə Qusar rayonunda dördgünlük yay düşərgəsi təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, düşərgədə Qəçrəş, İsnovqışlaq, Qaraçay, Hacıqayıb və Alekseyevka kəndlərində təhsil alan, müxtəlif fənn olimpiadalarında, müsabiqələrdə və ümumilikdə təhsildə fərqlənən şagirdlər iştirak ediblər.
Şagirdlər 4 qrupa bölünərək müxtəlif əyləncəli və idman oyunlarında iştirak edib, peşəkar təlimçilər tərəfindən həyata keçirilən “Natiqlik”, “Ünsiyyət bacarıqları”, “Debat”, “Layihə təkliflərinin hazırlanması”, “Emosional intellekt” mövzularında maarifləndiriliblər.
Xatırladaq ki, layihə Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi” çərçivəsində reallaşdırılıb.

Elm və təhsil 2019-09-12 13:35:00