×
A
A
A
Sazlamalar

Əlyazmalar İnstitutunun nəşri ABŞ-ın Konqres Kitabxanasının fonduna daxil edilib

Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi “Azərbaycan multidisiplinar əlyazması: xəzinədən incilər” kitabının ingiliscəsi (“Multidisciplinary manuscripts of Azerbaijan: Masterpieces of the treasury”, Baku-2017) ABŞ-ın Konqres Kitabxanasının fonduna daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsində saxlanılan 150-yə yaxın multidisiplinar əlyazmanın paleoqrafik təsvirindən ibarət olan kitabın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
Toplunun elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihənin rəhbəri Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
Kitabı ingilis dilinə tərcümə edən Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovadır.

Elm və təhsil 2019-09-12 13:29:00