×
A
A
A
Sazlamalar

Riyaziyyat və Mexanika İnstitutu: Harmonik analizin müasir problemləri və tətbiqləri müzakirə olunacaq

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda seminar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda Qərb Universitetinin dosentı Oqtay Əzizovun “Hamar və qeyri-hamar səthlərdə sadə və ikiqat lay potensialları” mövzusunda məruzəsi dinləniləcək.
Məruzə hamar və qeyri-hamar səthlərdə sadə və ikiqat lay potensiallarının Hölder siniflərində kəsilməzliyinə həsr olunacaq.

Elm və təhsil 2019-09-12 13:21:00