×
A
A
A
Sazlamalar

Xəzər və Manisa Celal Bayar universitetləri arasında müzakirələr aparılıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Türkiyənin Manisa Celal Bayar Universitetinin doktoru Seval Özbalcı “Erasmus+ Staff Mobility” proqramı çərçivəsində Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində olub.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki universitet arasında elektron resursların informasiya mübadiləsi, kitabxana qaydaları və öhdəlikləri haqqında müzakirələr aparılıb.

Elm və təhsil 2019-09-12 13:15:00